“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub

Mayın 7-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova məktəbin 6 “Ə” sinif şagirdləri ilə birgə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
Şagirdlər “Atəşgah məbədi”nin tarixi, Azərbaycanda qədim dini etiqadlar, tarixboyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri haqqında faydalı biliklər əldə ediblər və onlara buradakı eksponatlar barədə ətraflı məlumat verilib.