Hərbi Qənimətlər Parkında olublar

Aprelin 27-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Azadə Əfəndiyeva və Sənubər Kazımova 6 "B" və 6 “C” sinif şagirdləri ilə birgə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Ziyarət zamanı şagirdlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfər qazandığı Vətən müharibəsi dövründə hərbi qənimət kimi düşməndən ələ keçirilmiş texnika, döyüş sursatı və digər eksponatlarla tanış olublar.
Şagirdlər güclü, qüdrətli Ordumuzla sonsuz qürur duyduqlarını ifadə ediblər.