“Breyn-rinq” intellektual bilik yarışmasının qalibi olublar

Aprelin 23-də “Active Academy” tədris mərkəzində “Breyn-rinq” üzrə rayon turniri keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının yekun nəticələrinə əsasən məktəbin riyaziyyat müəllimi Məleykə Quliyevanın rəhbərlik etdiyi 7 "Ç" sinif şagirdlərindən ibarət komanda birinci yerə layiq görülüb.
Qalib komandaya birincilik medalı, diplom və hədiyyələr təqdim olunub.
Yarışın məqsədi şagirdlərin bilik və bacarıqlarını, dünyagörüşünü, intellektual səviyyəsini inkişaf etdirmək, intellektual yarışlara olan marağı artırmaqdan ibarət olub.