Məktəbin fəxri fərmanı təqdim olunub

Aprelin 26-da məktəbin direktoru Xanlar İmaməliyev məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın 62 yaşının tamam olması, 30 illik pedoqoji sahədə səmərəli fəaliyyətinə eləcə də ona verilən tapşırıqların icrasında daim peşəkarlıq və səriştəlilik nümayiş etdirdiyi xidmətlərinə görə məktəbin fəxri fərmanını təqdim edib. 

Yaqut İslamova məktəbin direktoru Xanlar İmaməliyevə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirərək əməyinə verilən dəyərə görə minnətdarlıq edib və bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi