Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Aprelin 24-də Təhsil İnstitutunun təşkilatçılığı ilə məktəbin ibtidai korpusunda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib və 90 dəqiqə davam edib.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Təhsil İnstitutunun əməkdaşları imtahana nəzarətçi qismində cəlb olunub.
Müsabiqənin keçirilməsində məqsəd II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamaq imkanı yaratmaqdan ibarət olub.
Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində keçirilir.