Məktəbdə ekoloji aksiya keçirilib

Aprelin 22-də məktəbin həyətyanı sahəsində məktəbin ibtidai sinif müəllimləri Lyudmila Əliyeva, Aysel Hüseyn-zadə və Nərmin Pənahovanın təşkilatçılığı ilə Beynəlxalq Yer Gününə həsr edilmiş “Məktəbimizi təmiz saxlayaq” devizi ilə güləkmə aksiyası keçirilib.
Ekoloji aksiyada məktəb rəhbərliyi, müəllimlər və bir qrup şagird fəal iştirak ediblər.
Böyük ruh yüksəkliyi ilə keçən aksiyada məktəbin xüsusi olaraq ayrılmış ərazilərində bir neçə ədəd müxtəlif növ gül və bəzək kolları əkilib, abadlıq işləri həyata keçirilib. Əkilən güllər suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
Keçirilən aksiya məktəbdə ekoloji vəziyyətin qorunmasına, habelə şagirdlərin maarifləndirilməsinə yönəlib.