Kitabxanada növbəti tədbir “Şuşa İli”nə həsr olunub

Aprelin 21-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı və məktəbin 8 “D” sinif şagirdlərinin iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş “Azərbaycanın mədəniyyət beşiyi Şuşa” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azad edilməsi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Mətanət Salmanova Şuşa Zəfəri haqqında danışıb, Şuşanın azadlığının ölkəmiz üçün çox böyük tarixi əhəmiyyətindən bəhs edib.

Sonda şagirdlər işğaldan azad olunmuş şəhərlərimizə həsr etdikləri şeirləri səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi