Şagirdlər çörəyin istehsal prosesi ilə tanış olublar

Aprelin 17-də məktəbin ibtidai sinif müəllimi Nərmin Pənahovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 3 "G" sinif şagirdlərinin  Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 1 nömrəli çörək zavoduna ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlərə zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Şagirdlər zavodun əməkdaşlarının əl əməyi, məhsulu hazırlayan aparatların idarə olunması sistemi, çörəyin bişirilmə texnologiyası ilə əyani olaraq tanış olub, hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıblar.

Şagirdlər çörəyin bişmə prosesini maraqla izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi