Məktəbdə Riyaziyyat fənni üzrə açıq dərs keçirildi

Noyabrın 2-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin riyaziyyat və informatika müəllimi- Respublikanın Əməkdar müəllimi Əhmədova Şəhla Novruz qızının VIII A sinfində riyaziyyat fənnindən “Dördbucaqlıların xassələri“ mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, riyaziyyat və informatika müəllimləri və digər ixtisasdan olan gənc müəllimlər iştirak etdilər. Dərs müasir tələblərə cavab verən üsullarla aparılırdı. Dərsdə elektron lövhədə şagirdlər sərbəst işləməyi bacardılar. Mövzuya aid əyani vəsaitlər hazırlanmışdı. Sinifdə şagirdlər 4 qrupa bölünərək verilən tapşırıqları vaxtında yerinə yetirdilər. Dərsdə fənlərarası əlaqəyə geniş geniş yer verildi. Sonda "Dördbucaqlıların xassələri" mövzusunda keçirilmiş açıq dərs müzakirə olundu. Açıq dərsdə iştirak edən müəllimlər tərəfindən kiçik nöqsanlar qeyd edildi, təkliflər verildi və dərs yaxşı qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi