Hərbi Qənimətlər Parkında olublar

Aprelin 14-də məktəbin texnologiya müəllimi Sehran İsmayılova 10 "D" sinif şagirdləri ilə birgə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Şagirdlər açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.