Məktəbdə tibbi müayinələr aparılıb

Aprelin 14-də məktəbdə 34 nömrəli Şəhər Poliklinikasının tibb işçiləri tərəfindən şagirdlərin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılıb.

Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb və lazımi izahatlar verilib.

Aşkar edilmiş xəstəliklərlə bağlı şagirdlərin kompleks müayinəsi üçün müvafiq səhiyyə müəssisələrinə göndərilməsinə göstəriş verilib.

Dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin rahat həyata keçirilməsi ilə əlaqədar poliklinika şöbələrinin işçilərinə məktəb rəhbərliyi tərəfindən köməklik göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi