"Əsgərə məktub" mövzusunda dərs keçirilib

Aprelin 7-də məktəbin ibtidai sinif müəllimi Bənövşə Əliyeva rəhbərlik etdiyi 1 “B” sinfində Azərbaycan dili fənnindən "Əsgərə məktub" mövzusunda nümunəvi dərs aparıb.

Şagirdlər tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə 30-dan çox məktub ünvanlanıb.

Məktublarda şagirdlər tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu yad edilib, Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq olunub.

Bənövşə Əliyeva  dərsdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş parlaq qələbədən söz açıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi