Təşəkkürnamə ilə təltif olunub

Aprelin 5-də Səbail Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə elan olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Konfransda məktəbin 7 “C” sinif şagirdi Nəzrin Mürsəlzadə referat müsabiqəsinin rayon mərhələsində fəal iştirakına görə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub.

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərimizdə tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi