“Şuşa İli”nə həsr olunmuş rəsm sərgisi keçirilib

Aprelin 5-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə məktəbin foyesində “Şuşa İli”nə həsr olunmuş “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib.
Şagirdlər rənglərin dili ilə Şuşanın gözəlliyini bacardıqları kimi tərənnüm etməyə çalışıblar.
Rəsm sərgisinin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradılması, həmçinin məktəbdə yaradıcı və istedadlı şagirdlərin aşkar edilməsindən ibarət olub.