“Suraxanı” gəmi muzeyinə ekskursiya təşkil edilib

Aprelin 3-də məktəbin ibtidai sinif müəllimi Nərmin Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə 3 “G” sinif şagirdləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Suraxanı” gəmi muzeyinə səfər ediblər.
Tanker muzeyi ilə tanışlıq zamanı bələdçilər tərəfindən şagirdlərə ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin fədakarlıqları barədə geniş və ətraflı məlumat verilib.
Muzeylə tanışlıq şagirdlərin böyük marağına səbəb olub.