31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgilər təşkil olunub

Martın 29-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə məktəbin foyesində və sinif otaqlarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri” mövzusunda divar qəzetləri, stendlər və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində azərbaycanlılara qarşı törədilən qətliam hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər, şeirlər öz əksini tapıb.
Məktəblilər hazırladıqları divar qəzetlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.
Sərginin məqsədi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə barədə şagirdləri məlumatlandırmaq olub.