Novruz şənliyində fəal iştirak ediblər

Martın 25-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında rayon sakinlərinin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Novruz şənliyinə qatılan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov yerli sakinləri təbrik edərək onlarla bayramlaşıb. Bayram şənliyində, həmçinin Səbail rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri ilə bərabər məktəbin rəhbər işçiləri, müəllim və şagird kollektivi də fəal iştirak ediblər.

Novruzun əsas simalarından olan Kosa və Keçəlin zarafatları, milli geyimli oğlan və qızların rəqsi və incəsənət xadimlərinin konserti vətəndaşlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi