“Novruz boxçası” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib

Martın 18-də məktəbdə “Bahar çələngi” layihəsi çərçivəsində məktəbin ibtidai korpusunun foyesində məktəbin ibtidai sinif müəllimləri Lyudmila Əliyeva, Aysel Hüseyn-zadə və Nərmin Pənahovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz boxçası” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.
Tədbirdə məktəb rəhbərliyi, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər.
Çıxış edənlər Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildiriblər.
Daha sonra Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, milli rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.