"Novruz töhfələri” adlı şənlik keçirilib

Martın 17-də məktəbdə “Bahar çələngi” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Kəmalə Əkbərova rəhbərlik etdiyi 1 “D” sinfində “Novruz töhfələri” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.
Şagirdlər tərəfindən Novruz bayramı mövzusunda maraqlı proqram təqdim olunub.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl şən zarafatları ilə xoş ovqat yaradıb.