“Novruz - elin əziz bayramı” adlı tədbir keçirilib

Martın 16-da məktəbdə “Bahar çələngi” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Ofelya Məmmədova rəhbərlik etdiyi 1 “Ç” sinfində “Novruz - elin əziz bayramı” adlı tədbir keçirib.
Ofelya Məmmədova Novruz bayramının tarixindən bəhs edib və bayramın əsas xüsusiyyətləri barədə şagirdlərə ətraflı məlumat verib.
Şagirdlər tərəfindən Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin qarşısında şagirdlərin iştirakı ilə kiçik bayram tonqalı qalanıb.