“Novruz adət-ənənələri” adlı tədbir keçirib

Martın 15-də məktəbdə məktəbin ibtidai sinif müəllimi Sevinc Həsənova rəhbərlik etdiyi 2 “C” sinfində “Bahar çələngi” layihəsi çərçivəsində “Novruz adət-ənənələri” adlı tədbir keçirib.
Tədbirdə elimizin qədim adət-ənənələrini əks etdirən - qədim folklor nümunələri şagirdlər tərəfindən izləyicilərə təqdim olunub. Beləki, şagirdlər Novruz adət-ənənələrindən danışıb, şeirlər söyləyib, Azərbaycanın milli mahnı və rəqslərini ifa edib, bayram nəğmələri oxuyublar.
Novruz bayramının məşhur personajları olan Keçəl və Kosa milli adətlərə uyğun müxtəlif oyunlar və səhnəciklər göstəriblər.