“Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Martın 14-də Təhsil Nazirliyinin əməkdaşlığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində məktəbdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın  təşkilatçılığı, məktəbin biologiya və həyat bilgisi müəllimi İradə Axundovanın moderatorluğu, məktəbin 8 “A” və 8 “Ə” sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər "Sağlam qidalanma", "Fiziki aktivlik", “Zərərli vərdişlər”, “Gigiyena qaydaları” mövzuları üzrə şagirdlərə ətraflı məlumat verərək sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər haqqında danışıblar.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və onlara mövzu ilə bağlı məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi