İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi qeyd olunub

Martın 7-də  məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın  və məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyə Xudiyevanın təşkilatçılığı, məktəbin 8 “C” və 8 “D” sinif şagirdlərinin iştirakı ilə İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Şagirdlərə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində onun xüsusi xidmətləri olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi