“Şən startlar” adlı estafet yarışı təşkil olunub

Martın 5-də məktəbin idman zalında məktəbin fiziki tərbiyə müəllimlərinin təşəbbüsü və iştirakçılığı ilə məktəbin 5 “F”, 5 “E” və 5 “Ə” sinifləri arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində “Şən startlar” adlı əyləncəli idman oyunlarından ibarət estafet yarışı keçirilib.
Yarışda şagirdlər idmanın müxtəlif növü üzrə nümunəvi çıxışlar təqdim edərək qüvvələrini sınayıblar.
Münsiflər heyətinin rəyi əsasında komandalar müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görülüblər.
Belə ki, qara formalı 5 “F” sinfinin “Ailə” adlı komandası 1-ci, ağ formalı 5 “E” sinfinin “Oxatan” adlı komandası 2-ci, yaşıl formalı 5 “Ə” sinfinin “Bəbir” adlı komandası 3-cü yerlərə layiq görülüblər.
Qalib komandaların üzvlərinə kubok, medal və diplomlar təqdim olunub.
Təşkil olunmuş yarışın məqsədi şagirdlərdə cəldlik, çeviklik və dözümlülük vərdişlərini formalaşdırmaq, onların idmana marağını artırmaqdan ibarət olub.