Müəllim nailiyyətləri

14 Oktyabr 2016-cı il tarixdə Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təhsil Naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri ada layiq görülən bir qrup təhsil işçisini təbrik edib. Bildirilib ki, bu sərəncam Prezidentimizin təhsil işçilərinin diqqət və qayğısının bariz nümunəsidir. Sevindirici haldır ki, məktəbimizin "İlin ən yaxşı müəlliməsinin qalibi", "Qabaqcıl təhsil işçisi döş nişanı"və "Tərəqqi medalına" layiq görülmüş Riyaziyyat və İnformatika müəllimi Əhmədova Şəhla Novruz qızıda Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" Fəxri adını almışdır.