Müstəqilliyimiz əbədidir və daimidir

17 Oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə 3b, 4a, 4ə siniflərində və V-XI sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında "Müstəqilliyimiz əbədidir, daimidir" mövzusunda geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açdı. Tarix müəllimi Rövşanə İsmayılova, azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyeva şagirdlərə mövzu barədə geniş məlumat verdilər. Sonda məktəbin musiqi müəllimi İlahə Quliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında şeirlər səsləndirildi, mahnılar oxundu. Məktəbin IX sinif şagirdləri Sübhə Əsgərova və Ülkər Mustafazadə Vətənpərvərlik mövzusunda inşa müsabiqəsində qalib olduqlarına görə Səbail rayon Gənclər və İdman İdarəsinin,Gənclərin "Tənhalara dayaq" İctimai Birliyinin diplom və hədiyyələri ilə təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi