"Hərəki bacarıq və vərdişlər" mövzusunda dərs keçirilib

Martın 2-də məktəbin idman zalında 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev 6 “C” sinfində “Hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi” mövzusunda dərs aparıb.
Şakir Quliyev hərəki qabiliyyətlər, onların inkişafı metodları haqqında şagirdlərə məlumat verib.
Dərs zamanı şagirdlərdə hərəki bacarıq və vərdişlər təkmilləşdirilib, hərəki qabiliyyətlərin dinamik inkişafı təmin edilib, hərəkətlərin təyinatı və məqsədyönlü istifadəsi haqqında biliklər mənimsənilib.