Məktəbdə şahmat yarışı keçirilib

Martın 2-də məktəbin ibtidai korpusunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev tərəfindən məktəbin ibtidai sinif şagirdləri arasında şahmat idman növü üzrə turnir keçirilib.
Yarışda birincilik uğrunda oğlan və qızlardan ibarət şahmat həvəskarları mübarizə aparıblar.
İlk üç yeri tutan şahmatçılar məktəb tərəfindən diplomlarla mükafatlandırılıb.