Kross qaçışı üzrə yarış keçirilib

Martın 1-də  Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər 239 nömrəli tam orta məktəbdə Səbail rayon məktəbliləri arasında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə kross qaçışı üzrə yarış keçirilib.

Yarışda məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətovun rəhbərlik etdiyi məktəbin yuxarı sinif şagirdlərindən ibarət komanda ikinci yeri tutublar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk üç yeri tutan qaliblər idarə tərəfindən müvafiq dərəcəli diplom  və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi