“Sağlam həyat” adlı rəsm müsabiqəsi təşkil olunub

Martın 1-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbdə elan edilmiş “İdman həftəsi” çərçivəsində məktəbin müxtəlif siniflərindən olan şagirdlər arasında “Sağlam həyat” adlı rəsm müsabiqəsi təşkil olunub.
Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdirilib.
“Sağlam həyat” adlı rəsm müsabiqənin təşkilində məqsəd sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanın təbliği, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili və istedadlı şagirdlərin aşkarlanmasıdır.