Güllə atıcılığı üzrə turnirin qalibi oldular

Fevralın 22-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş güllə atıcılığı üzrə yarış keçirilib.
Yarışda məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətovun rəhbərlik etdiyi məktəbin yuxarı sinif şagirdlərindən ibarət komanda qalib gələrək birinci yeri tutublar.
Qalib komandaya idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.