“Xocalıdan 44 günlük savaşa” adlı tədbir keçirilib

Fevralın 25-də məktəbin akt zalında məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Xocalıdan 44 günlük savaşa” adlı tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeirlər, mahnılar səsləndirilib və ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.