Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar stend nümayiş etdirilib

Fevralın 25-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə məktəbin foyesində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar divar qəzetləri, stendlər və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
Yaqut İslamova Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin törətdiyi Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Erməni silahlılarının vəhşiliyi nəticəsində Xocalıda günahsız insanlar, o cümlədən qadınlar, yaşlılar və körpələr xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb.