“Xocalı soyqırımı - unudulmaz faciə” adlı anım tədbiri keçirilib

Fevralın 23-də məktəbin ibtidai sinif müəllimi Tünzalə İsayevanın rəhbərlik etdiyi 1 “A” sinfində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - unudulmaz faciə” adlı anım tədbiri keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tünzalə İsayeva şagirdlərə Xocalı dəhşətlərindən danışıb. Bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Tədbir şagirdlərin hazırladıqları faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayişi ilə davam edib, şagirdlərin ifasında vətənpərvərlik və Xocalı soyqırımı mövzusunda şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi