“Xocalını unutmadıq” mövzusunda maarifləndirici dərs keçirilib

Fevralın 23-də məktəbin ibtidai sinif müəllimi Rəqiyyə Məhərrəmova rəhbərlik etdiyi 1 “C” sinfində təsviri incəsənət fənnindən Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş “Xocalını unutmadıq” mövzusunda maarifləndirici dərs aparıb.

Dərs Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlər müəllimin tapşırığına əsasən ağ kağızda qərənfil gülünün şəklini çəkib və gülün rənginə uyğun olaraq qırmızı rənglə boyayıblar.

Rəqiyyə Məhərrəmova Xocalı soyqırımı ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Daha sonra şagirdlər Xocalı soyqırımı mövzusunda şeirlərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi