"Dördbucaqlılar" mövzusunda əyləncəli dərs keçirilib

Fevralın 22-də məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 5 "E" sinfində riyaziyyat fənnindən "Dördbucaqlılar" mövzusunda maraqlı və nümunəvi dərs aparıb.
Şəhla Əhmədova şagirdlərə dördbucaqlıların növləri və xassələri barədə ətraflı məlumat verib.
Şagirdlər paraleloqram, kvadrat, düzbucaqlı, trapesiya və rombun paralel və perpendikulyar tərəflərini əyani şəkildə göstəriblər və kartondan kəsilmiş kvadratla düz xətlərin perpendikulyar olub-olmadığını müəyyənləşdirə biliblər.
Müəllimin vediyi suallara şagirdlər çevik cavab veriblər, eyni zamanda yeni məlumatlar əldə ediblər.