“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı təlimdə iştirak edib

Fevralın 22-də  Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı  ikinci mərhələ üzrə bir günlük əyani təlim keçirilib.

Təlimdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova iştirak edib.

Təlim zamanı müdavimlərə peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşə seçiminə təsir edən amillər, peşəyönümü işinin prinsipləri, müvafiq fəaliyyətin təşkilində pedaqoji heyətin vəzifələri, sahibkarlığın əhatə olunması, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi, vəzifələri və məzmunu haqqında məlumat verilib.

Təlimin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi