PIMSO - Filippin Beynəlxalq Riyaziyyat və Elm Olimpiadalarının final turuna vəsiqə qazanıb

Yanvarın 9-da Zirvə liseyində PIMSO - Filippin Beynəlxalq Riyaziyyat və Elm Olimpiadalarının birinci mərhələ üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Riyaziyyat üzrə bilik yarışmasının nəticələrinə əsasən, məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə 5-ci yerə çıxaraq final turuna vəsiqə qazanıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin riyazi bilik və təfəkkürünü yoxlamaq və inkişaf etdirmək, öyrəndiklərini möhkəmlətməkdən ibarət olub.