“Yanardağ” qoruğunda Novruz bayramının ilk çərşənbəsi qeyd edilib

Fevralın 20-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 "Ə" sinif şagirdlərinin Novruz bayramının ilk çərşənbəsi – su çərşənbəsini qeyd etmək məqsədi ilə Bakı şəhəri yaxınlığındakı “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil edilib.

Qoruğun bələdçisi şagirdlərə məbədin tarixi haqqında geniş  və ətraflı məlumat verib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni müşahidə ediblər.

Şagirdlər tarixi özündə əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub xatirə şəkilləri çəkdiriblər. Daha sonra şagirdlər tərəfindən milli rəqslər və mahnılar ifa olunub, onlar öz çıxışları ilə tamaşaçılarda xoş ovqat yaradıblar birlikdə “Yallı” gediblər.

Gülnarə Zeynalova bildirib ki, “Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən, onların bilik və bacarıqlarını inkişaf etdirən bu cür layihələrin keçirilməsi çox önəmlidir. İnanıram ki, bu gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi