“Azərbaycan dili - milli varlığımızdır” adlı tədbir keçirilib

Fevralın 21-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı və məktəbin 8 “D” sinif şagirdlərinin iştirakı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dili - milli varlığımızdır” adlı sərgi və tədbir keçirilib.
Tədbirdə çıxış edən kitabxana müdiri Mətanət Salmanova bidirib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Tədbirin bədii hissəsində şagirdlər şeirlər söyləyiblər.