Şagirdlər sərbəst yaradıcılıq fəaliyyətinə cəlb edilib

Fevralın 18-də məktəbin musiqi müəllimi İlahə Quliyeva 6 “B” sinfində musiqi fənnindən şagirdləri sərbəst yaradıcılıq fəaliyyətinə cəlb edib. Belə ki, müəllimin verdiyi əyləncəli tapşırığa əsasən şagirdlər ağ kağızda fərqli təxəyyüllərinə əsasən insan bədəninin hər bir hissəsinə bir musiqi alətinin obrazlı təsviri çəkilib. Şagirdlər dərs prosesində fəallıq göstərərək verilən tapşırıqda öz fantaziyalarına uyğun təsvirləri ağ kağız üzərində əks etdiriblər.
Dərs xoş ovqatla yekunlaşıb.