Oğlanlar arasında voleybol üzrə yarış keçirilib

Fevralın 15-də məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətovun təşəbbüsü və təşkilatşılığı ilə məktəbin idman zalında məktəbin yuxarı siniflərindən olan oğlanlar arasında idmanın voleybol növü üzrə siniflərarası yarış keçirilib.
Oğlanlar arasında keçirilən birincilikdə qalib adı uğrunda komandalar qızğın mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılmasından ibarət olub.