“Şuşa İli”nə həsr olunmuş “Şuşa Azərbaycanın gözüdür” adlı tədbir keçirilib

Fevralın 14-də məktəbin kitabxanasında kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Zeynalovanın təşkilatçılığı və məktəbin 6 “A” sinif şagirdlərinin iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa Azərbaycanın gözüdür” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər.

Kitabxanada keçirilən tədbir Vətən uğrunda şəhid olan igid qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbirdə Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən danışılıb. Kitabxana müdiri Mətanət Salmanova çıxış edərək “Şuşa İli”nin əhəmiyyəti barədə danışıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıb. Vurğulanıb ki, 8 noyabr 2020-ci il Şuşanın tarixində şanlı bir gün kimi yazılıb.  44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində Şuşa şəhəri 28 illik işğaldan azad edilib və öz azadlığına qovuşub.

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeirlər və mahnılar səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” şüarı ilə tədbirə yekun vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi