“Təhlükəsiz internet” təlimində iştirak edib

Fevralın 8-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə birgə nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində “Təhlükəsiz İnternet Günü” ilə əlaqədar ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün təlim keçirilib.

Təlimdə məktəbin informatika müəllimi Aygün Abdullayeva iştirak edib.

Təlimin məqsədi gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, gələcək nəsilləri qlobal şəbəkədəki mövcud kibertəhdidlərlə bağlı məlumatlandırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi