“Gəlin kitab düzəldək” mövzusunda dərs keçirilib

Fevralın 3-də məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyeva rəhbərlik etdiyi 1 “E” sinfində həyat bilgisi fənnindən “Gəlin kitab düzəldək” mövzusunda maraqlı və əyləncəli dərs aparıb.
Şagirdlər kartonlardan, rəngli kağızlardan, yapışqandan və kitabın üz qabığını hazırlamaq üçün digər ləvazimatlardan istifadə edərək verilən tapşırığın öhdəsindən böyük maraq və həvəslə gəliblər.
Vəfa müəllim kitabların həyatımızdakı rolu barədə şagirdlərə söhbət açaraq bildirib ki, kitablar bizə ətrafda baş verən hadisələrin səbəb-nəticə əlaqələrini öyrədir və biz bu bilikləri gündəlik həyatımızda, məişətimizdə tətbiq edib nailiyyətlər qazanırıq.