"Gənclər sabahımızdır" adlı rəsm sərgisi nümayiş olunub

Fevralın 2-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər sabahımızdır" adlı rəsm sərgisi nümayiş olunub.
Yaqut İslamova bildirib ki, 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
Rəsm sərgisində müxtəlif siniflərdən olan şagirdlərin əl işləri nümayiş olunub.