Şahmatı çox sevirlər

Məktəbdə məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyevin şahmat fənnindən apardığı dərslərə məktəbin şagirdləri tərəfindən böyük sevgi və maraq var. Şagirdlər müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər.
Şakir Quliyev: “Şahmat - zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirir, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq və sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırır və eyni zamanda sağlam həyat tərzinə zəmin yaradır”.