Məktəbdə birinci yarımil üzrə yekun qiymətləndirmə aparılır

Yanvarın 24-dən etibarən məktəbdə 4-11-ci siniflərdə 2021-2022-ci tədris ilinin birinci yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilir.

Böyük summativ qiymətləndirmənin keçirilməsi üçün dekabr ayında məktəb direktorunun əmri ilə böyük summativ qiymətləndirmənin materiallarını hazırlamaq üçün məktəb rəhbərliyi, metodbirləşmə rəhbərləri və təcrübəli müəllimlərdən ibarət komissiya yaradılıb.

Böyük summativ qiymətləndirmə məktəb rəhbərlərinin nəzarəti ilə keçirilir.

Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunur, şagirdin yarımillik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi