Əzizin nailiyyətləri

Məktəbin 9 “A” sinif şagirdi Əziz Bayramov dəfələrlə Hindistan Respublikasının Azərbaycandakı Səfirliyinin eyni zamanda Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl təşkilatların elan etdiyi proqramlaşdırma - proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq üzrə, ingilis dili, müxtəlif mövzularda inşa yazıları müsabiqələrində uğurlu iştirakına görə ona fərqli nominasiyalar üzrə kubok, medal, sertifikatlar və diplomlar təqdim olunub.
Əziz qeyd edib ki, bu yaşına qədər əldə etdiyi uğurlu nailiyyətlərinə görə xüsusilə anasına borcludur.
Biz də öz növbəmizdə Əzizi təbrik edir ona gələcək həyatında uğurlar arzulayırıq. Uğura gedən yolu daima işıqlı olsun!