“20 Yanvar xalqımızın hüzn və şərəf günüdür” adlı anım tədbiri keçirilib

Yanvarın 19-da məktəbin foyesində məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “20 Yanvar xalqımızın hüzn və şərəf günüdür” adlı anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev 32 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Direktor bildirib ki, vaxtilə şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər. İndi ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik.

Daha sonra şagirdlərin təqdimatında 20 Yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi